Müdafiə Nazirliyinin sabiq idarə rəisi faciəli şəkildə öldü

  • 2025.11.21 14:53
  • 40 Baxış
Müdafiə Nazirliyinin sabiq idarə rəisi faciəli şəkildə öldü

Sumqayıtda kişi yol-nəqliyyat hadisəsi nəticəsində vəfat edib.

Medicina.az xəbər verir ki, hadisə Sumqayıt şəhərində qeydə alınıb.

Adil Namiq oğlu Ağayev idarə etdiyi "Mercedes-Benz" markalı avtomobili ilə Sumqayıt şəhəri, S.Vurğun küçəsində yolu keçən piyada 1970-ci il təvəllüdlü polkovnik Yaqub Qərib oğlu Əhədovu vurub, sonuncu aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.

"Teleqraf"ın məlumatına görə, Yaqub Əhədov Müdafiə Nazirliyinin Silahlandırma İdarəsinin keçmiş rəisidir. O, polkovnik rütbəsindədir.