Müğənni MakSim təcili xəstəxanaya aparıldı

  • 2026.07.24 18:20
  • 90 Baxış
Müğənni MakSim təcili xəstəxanaya aparıldı


Məşhur müğənni MakSim (əsl adı Marina Abrosimova) stress səbəbindən təcili olaraq xəstəxanaya yerləşdirilib.


Medicina.az xəbər verir ki, müğənni vəziyyətinin ciddi olduğunu açıqlayıb.


"Təəssüf ki, həkimlər vəziyyətim tamamilə sabitləşənə qədər mənə uçuş etməyi və ya çıxış etməyi qadağan ediblər", - deyə, o bildirib.
Müğənninin 25 iyulda Pavlodarda keçirilməsi planlaşdırılan konserti ləğv ediləcək.

Müğənni əvvəllər atasının ağır xəstəlikdən vəfat etməsi ilə bağlı kədərindən danışıb. Cəmi bir neçə gün əvvəl onu dəfn etmişdilər.
Onun stresdən çökdüyü bildirilir.

Aygün Musayeva