Müğənni səhnədə ürək tutmasından öldü

  • 2022.06.01 16:14
  • 3573 Baxış
Müğənni səhnədə ürək tutmasından öldü


Hindistanlı bəstəkar-müğənni Krişnakumar Kunnath ürək tutmasından dünyasını dəyişib.

Medicina.az xəbər verir ki, konsert verərkən səhnədə vəziyyəti pisləşən müğənni xəstəxanaya aparılarkən yolda keçinib.

Müxtəlif dillərdə oxuyan ifaçının 53 yaşı var idi. Onun ölümü gözlənilməz olub. İfaçının bir oğlu və bir qızı qalıb.

“Onun mahnıları müxtəlif emosiyaları əks etdirir və bütün yaş qruplarından olan insanların diqqətini çəkirdi. Biz KK-nı həmişə bəstələrinə görə xatırlayacağıq”, - deyə Hindistanın Baş naziri Narendra Modi hadisəyə münasibət bildirib.