"Muhteşem Yüzyıl" serialında Mihrimah Sultan və "Aramızda Kalsın" filmində Yaren rolları ilə tanınan Melis Mutluçun son görünüşü hər kəsi təəccübləndirib.
Medicina.az xəbər verir ki, aktrisa Məryəm Üzerli, Halit Ergenç, Nur Fettahoğlu və Okan Yalabıkın rol aldığı "Muhteşem Yüzyıl" illər əvvəl bitməsinə baxmayaraq, aktyorları sayəsində hələ də izlənilir.
Güclü aktyor heyəti və təəccüblü hekayəsi ilə geniş auditoriyaya çatan fenomenal serialda Mihrimah Sultanın uşaqlığını canlandıran Melis Mutluç indi son görünüşü ilə danışılır.
Gənc yaşlarında performansı ilə tamaşaçıların heyranlığını qazanan Mutluç, son görünüşü ilə izləyiciləri təəccübləndirib. O, indi gənc bir qadındır.
"Muhteşem Yüzyıl"da Mihrimah Sultanı canlandıran və hazırda 23 yaşı olan Melis Mutluç Cərrahpaşa Tibb Fakültəsinin 5-ci kurs tələbəsidir.
Aygün
Medicina.az