Münasibəti gücləndirən 4 sadə qayda

  • 2026.07.14 19:11
  • 247 Baxış
Münasibəti gücləndirən 4 sadə qayda

Psixoloq Qari V. Levandovski uzunmüddətli və sağlam münasibətin əsasını “4F” formulu təşkil etdiyini bildirib.

Medicina.az həmin prinsipləri təqdim edir:

Bu qaydanın ilk prinsipi Friendship – Dostluq

Mütəxəssis bildirir ki, güclü münasibət yalnız romantik hisslərə deyil, həm də tərəflərin bir-birinə dost və güvənilən insan kimi yanaşmasına əsaslanır.

İkinci amil Fun – Əyləncə

Birlikdə vaxt keçirmək, yeni fəaliyyətlər sınamaq və münasibətdə marağı qorumaq vacibdir.

Üçüncü prinsip Fulfillment – İnkişaf və özünü reallaşdırmaq

Cütlüklər bir-birinin məqsədlərini dəstəkləməli və şəxsi inkişafına kömək etməlidir.

Dördüncü əsas isə Fidelity – Sədaqət

Bu, yalnız xəyanət etməmək deyil, həm də münasibətə diqqət göstərmək, çətinlikləri birlikdə aşmaq və bağlılığı qorumaq deməkdir.

Psixoloqun sözlərinə görə, münasibətin davamlı olması üçün cütlüklər gündəlik həyatda bu dörd prinsipə diqqət etməlidirlər: dost olmaq, birlikdə əylənmək, inkişaf etmək və sadiq qalmaq.

Xanım,
Medicina.az