Mürəbbə yüksək şəkər tərkibinə görə açılmamış halda aylarla otaq temperaturunda saxlanıla bilər. Lakin banka açıldıqdan sonra hava və mikroorqanizmlərlə təmas məhsulun daha tez xarab olmasına səbəb olur.
Medicina.az xəbər verir ki, mütəxəssislər mürəbbənin açıldıqdan sonra mütləq soyuducuda saxlanılmasını tövsiyə edirlər.
Xüsusilə isti havalarda otaq temperaturunda saxlamaq kif və mayaların yaranma riskini artırır.
Məhsulun daha uzun müddət keyfiyyətini qoruması üçün hər istifadədə təmiz və quru qaşıq istifadə edilməli, qapaq möhkəm bağlanmalı və banka istifadə edildikdən dərhal sonra yenidən soyuducuya qoyulmalıdır.
Xanım,
Medicina.az