Dünya miqyasında sürətlə yayılan yeni H3N2 variantı klassik qripə bənzər simptomlar göstərir. Lakin simptomları və ötürülmə sürəti ilə xüsusilə diqqətəlayiqdir.
Medicina.az xəbər verir ki, Avstraliyada ortaya çıxan və daha sonra Avropaya yayılan bu variant bəzi ölkələrdə qrip hallarının artmasına səbəb olub.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus bir çox ölkədə "mutasiya olunmuş qrip" kimi tanınan H3N2 virusunun yeni variantının sürətlə artması barədə xəbərdarlıq etdi.
ƏN ÇOX YAYILAN H3N2 SİMPTOMLARI
H3N2 variantının simptomları əsasən klassik qrip simptomlarına bənzəyir. Ən çox rast gəlinən simptomlara aşağıdakılar daxildir:
Qəfil qızdırma
Şiddətli zəiflik və yorğunluq
Əzələ və oynaq ağrısı
Baş ağrısı
Boğaz ağrısı və öskürək
Burun axıntısı və ya tıxanıqlığı
Aygün
Medicina.az