Nadir xərçəng növü – Öd kisəsi şişlərinin 6 simptomu

  • 2025.11.14 17:14
  • 172 Baxış
Nadir xərçəng növü  – Öd kisəsi şişlərinin 6 simptomu



Öd kisəsi xərçəngi nadir rast gəlinsə də, son zamanlar heç də az aşkar olunmur.


Onkoloq Dmitri Qornostayevin sözlərinə görə, öd kisəsi xərçəngini erkən mərhələlərində aşkar etmək çətindir, çünki orqan bədənin dərin hissəsində yerləşir və öddə ağrıdan çox zaman şübhələnmək olmur.


Digər xərçəng növlərində olduğu kimi, simptomlar da çox vaxt olmur. Bəzən öd kisəsi xərçəngi gözlənilmədən aşkar edilir - orqan başqa bir səbəbdən, məsələn, öd daşı səbəbindən əməliyyat olunanda.
“Medicina” xəbər verir ki, həkim bu növ şişin daha çox 50 yaş üzəri insanlarda ola biləcəyini deyib.

Öd xərçənginin simtomları: sarılıq; qarın ağrısı və sancılar; ürəkbulanma və qusma; şişkinlik; qızdırma; qaşınma.

Sarılığa dərinin, diş ətlərinin və daxili dodaqların, eləcə də gözlərin ağlarının saralması daxil ola bilər.


Bu xərçəng növü üçün beş illik sağ qalma nisbəti 19% -dir (yəni 100 nəfərdən 19-u beş il sağ qalacaq). Bu nisbət bir sıra amillərdən asılıdır: xəstəliyin mərhələsi, şişin yeri, xəstənin ümumi sağlamlığı və s.

"Xərçəng ətraf toxumalara və ya orqanlara və ya regional limfa düyünlərinə yayılıbsa, beş illik sağ qalma nisbəti 28 faizdir. Xərçəng bədənin uzaq hissələrinə yayılıbsa, sağ qalma nisbəti cəmi iki faizdir", - deyə Qornatolev bildirib.

Risk faktorları:

Öd daşları və öd kisəsi iltihabı
Öd yolu kistaları
Siqaret çəkmək
Peşə təhlükələri
Yaş
Öd kisəsi polipləri
Piylənmə

Zəif qidalanma. Yüksək karbohidrat və az lif qəbulu öd kisəsi şişlərinin riskini artırır.

Helicobacter pylori.

Öd kisəsi xərçənginin qarşısını almaq üçün həkimlər sağlam çəki saxlamağı, kifayət qədər meyvə-tərəvəz yeməyi və heyvan yağlarını məhdudlaşdırmağı məsləhət görürlər.

Gündəlik fiziki fəaliyyət vacibdir. Öd daşlarının müalicəsinin xroniki iltihab ehtimalını və xərçəng inkişaf riskini azaltdığını unutmamaq vacibdir.


Aygün Musayeva