Nanə ilə çayımızı həm dadlı, həm də faydalı edə bilərik

  • 2020.04.03 12:05
  • 2608 Baxış
 Nanə ilə çayımızı həm dadlı, həm də faydalı edə bilərik

Ürək döyüntüsündən astmaya qədər bir çox xəstəlikdən xilas edən nanə çayı eyni zamanda cib telefonu, kompyuter kimi elektron alətlərin yaydığı radiasiyanın orqanizmə zərər verməsinin də qarşısını alır.

Şişkinlik və qəbzliyin qarşısını ala bilir.


Son tədqiqatlar göstərir ki, nanə ekstraktı daxili orqanları rahatlaşdırır və ağrıları yüngülləşdirir. Aparılan araşdırmalar zamanı məlum olmuşdur ki, nanə çayı qəbulu edən respondetlərdə 4 həftə sonra həzm pozğunluğu əlamətləri təxminən 40% azalır. Bundan əlavə, nanə kapsulaları kimya terapiyası qəbul edənlərdə ürək bulanmasının qarşısını alır. Digər səbəblərdən ürək bulanması olanların da hamısına nanə yağı çox kömək edir.

Baş ağrılarını və migrenləri azaldır
Nanə əzələləri rahatlaşdırıb, gərginliyi aradan qaldırdığı üçün bəzi spazmlarla mübarizədə etibarlı köməkçiniz ola bilər. Aşağı təzyiqdən əziyyət çəkən hər kəs üçün nanə çayı əla bir içkidir. Xüsusilə yağını viskiyə sürtmək. Bu, təzyiqi artıran ən gözəl vasitədir.
Nanə tərkibli çay, sinir sisteminə də müsbət təsir göstərir, enerji səviyyəsini artırır və gündüz vaxtsız gələn yuxunun qarşısını alır.


Arıqlamağa kömək edir
Nanə çayının təravətləndirici şirin bir dadı var və həm kalorisizdir, həm də kofeinsizdir. Bundan əlavə, nanə iştahı da az azalda bilir.


Konsentrasiyanı gücləndirir
Konsentrasiyanı toplamaqda çətinlik çəkənlər üçün nanə əvəzedilməz bir vasitədir. Nanə yağı yaddaşa və diqqətə də effektiv təsir göstərir.

Bakterial infeksiyalara qarşı mübarizə aparır
Nanə yağı müəyyən bakteriyalara qarşı mübarizədə köməkçi vasitədir. Mikroorqanizmlərin böyüməsinə maneə törədir, eyni zamanda ağız boşluğunu qismən dezinfeksiya edə bilir və nəfəs almağa faydalı təsir göstərir.