Narkoman müəllimlərin sayı sürətlə artır - Millət vəkilindən ilginc açıqlama

  • 2022.04.12 16:04
  • 1866 Baxış
Narkoman müəllimlərin sayı sürətlə artır   - Millət vəkilindən ilginc açıqlama


“Təssüf ki, bu gün ölkədə müəllimlər, şagirdlər arasında narkotik vasitələrdən istifadə halları var. Hətta məktəblərdə dərs deyən qadın müəllimlərin içərisində siqaretdən istifadə halları xeyli artıb. Bu da şagirdlər üçün böyük təhlükədir. Çünki uşaq gördüyünü götürür.

Bununla hamılıqla mübarizə aparmaq lazımdır. Bunun qarşısını indidən almasaq, gələcəkdə dəhşəti faciələr baş verəcək”.
Bu fikirləri Bakupost.az -a açıqlamasında millət vəkili Fazil Mustafa deyib.

Millət vəkilinin sözlərinə görə, məktəblərin daxilində şagirdləri narkomaniyaya cəlb etmək mümkün olmayanda kənarda buna cəhd göstərilir:

“Məktəblərdə narkomaniya əleyhinə təbliğat sıfır səviyyədədir. Halbuki hər bir sinifdə, həftədə bir gün, bir dərs məhz narkomaniyanın dəhşətli zərərlərinə, bu bəlanın gətirdiyi fəsadlara həsr olunmalıdır. Narkomaniya əleyhinə filmlər nümayiş etdirilməlidir. Şagirdlər arasında çox ciddi təbliğat aparılmalı və onlara narkomaniya, onun zərərləri barədə doğru məlumat verilməlidir ki, onlar ayıq-sayıq olsunlar. Kiminsə tələsinə düşüb narkomaniyanın qurbanına çevrilməsinlər”.


Millət vəkili qeyd edib ki, cəmiyyət olaraq ölkədə narkomaniyaya qarşı dirəniş göstərilməlidir: “Təssüf ki, hələ ki, cəmiyyətin buna səfərbər olması gercəkləşmir. İnsanları səfərbər etmək istiqamətində atılan addımlar yetərli deyil. Narkomaniyanın qarşısının alınması, vəziyyətdən çıxış yolları da indiki məqamda lazımi səviyyədə müzakirə olunmur.

Ölkədə narkomaniyadan əziyyət çəkənlərin statistikası da düzgün verilmir. Statistika 25-30 min göstərilir. Yalandır. Onun on qatıdır. Doğru rəqəmlər gizlədilir. Tək polisin rolu ilə narkomaniya ilə mübarizə aparılır. Bu tək polisin öhdəsindən gələcəyi bir iş deyil. İstəsə belə gələ bilməz. Cəmiyyət olaraq narkomaniya ilə mübarizəyə qoşulmalıyıq”.


Sevinc

Baku Post