Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Narkotikdən istifadə edən model - Reabilitasiya mərkəzindən qaçıb

  • 2024.04.02 17:04
  • 1375 Baxış
Narkotikdən istifadə edən model   - Reabilitasiya mərkəzindən qaçıb

İllər öncə şou-biznesdə Təhminə adı ilə məşhurlaşan model və iş xanımı Rövşanə Kərimovanın anası övladının narkotik aludəçisi olduğunu açıqlamışdı. Aparıcı Elgiz Əkbər keçmiş modeli reabilitasiya mərkəzinə yerləşdirərək, müalicə almasına yardımçı olub.

"Medicina" xəbər verir ki, reabilitasiya mərkəzinə göndərilən Rövşanə oranı tərk edib.

E.Əkbər verilişində deyib ki, qız icazəsiz mərkəzdən çıxıb və narkotik aludəçiliyindən əziyyət çəkən keçmiş ərinin evində qalıb.

Studiyaya gələn R.Kərimova bildirib ki, anası xəstə olduğu üçün mərkəzdən çıxıb:

"Anamın bu vəziyyətdə olması, xarabalıqda yaşaması mənim sağalmağıma mane olur. Bunları qəbul edə bilmədim, buna görə də reabilitasiya mərkəzindən çıxdım. O hissləri qaldıra bilmədim".

E.Əkbər isə onun üçün bütün şərait yaratdıqlarını deyib:

"Dedim ki, sizə kirayə ev tuturuq, 4 aylıq pulu əvvəlcədən ödəyirik. Bütün zəhmətimizi yerə vurdun. Ən pis vəziyyətdə olan, narkotik aludəçisi olan keçmiş ərinin yanına getdin. Günah məndədir ki, yüz manat verdim. Ana qədri bilmir, onu atıb evə və 100 manatı cibinə qoyub gedib. Sənə o qədər insan dəstək oldu ki, sağalasan, düz yola qayıdasan, balalarının başının üstündə olasan. Anan qaraciyər sirrozundan əziyyət çəkir".

"Artıq üstümdə narkoman adı var. Nə desəm də, heç kim mənə inanmayacaq. Mənim narkotikdən aktiv istifadə etmək fikrim yoxdur" deyə, keçmiş model bildirib. /axsam.az/