Narkozdan gec ayılmağın səbəbi nədir? - Anestezioloqdan açıqlama

  • 2022.09.02 16:02
  • 3117 Baxış
Narkozdan gec ayılmağın səbəbi nədir?   -   Anestezioloqdan açıqlama

İnsanlar arasında bəzən belə fikirlər səslənir ki, kimsə narkozdan ayılmırsa, bunun səbəbi xəstəyə narkozun çox verilməsidir. Lakin bu, səhv fikirdir. Narkozdan "ayılmamağın" səbəbi adətən nakoz dərmanlarının yüksək dozasından olmur.

Medicina.az xəbər verir ki, həkim- anestezioloq Şahin Məmmədov bu qeyd edib ki, demək olar ki, hər bir anestezioloq narkoz dərmanlarının xəstənin çəkisinə uyğun hesablamağı bacarır. Bu, sanki əlifbadır. Əgər dərmanın dozası çox olsa belə, bu, gec ayılmağa səbəb deyil:


O, bildirib ki, venadaxili anesteziyada tənəffüs dayanması ola bilər ki, bu zaman da anestezioloq süni tənəffüs verə, yaxud suni tənəffüs aparatına qoşa, eləcə də dərmanların təsiri bitənə qədər süni tənəffüsdə saxlaya bilər. Əksər xəstədə böyrək, qaraciyər problemi yoxdursa, narkoz dərmanlarının təsiri 1 saatdan artıq çəkmir.

Əgər narkozun girişində intubasiya zamanı çətinlik olub və xəstə hipoksiyaya düşübsə, xəstə ölə bilər. Ya hipoksik ensefalopatiya səbəbindən komaya düşə bilər. Həmin vaxt əməliyyat təxirə salınır. Əgər xəstə əməliyyat edilibsə, deməli, narkozun girişində problem olmayıb. Belə hallar üçün narkozdan ayılmağın gecikməsi ya uzun çəkməsinin əsasən 2 səbəbi ola bilər.

1. Əməliyyat zamanı xəstə insult keçirmişdir.
2. Xəstədə ferment çatışmazlığı vardır.



Aygün M.