NATO koronavirusla əlaqədar təcili toplanır

  • 2020.04.01 17:20
  • 720 Baxış
NATO koronavirusla əlaqədar  təcili toplanır


NATO (North Atlantic Treaty Organization - Şimali Atlantika Müqaviləsi Təşkilatı) koronavirus epidemiyası səbəbindən hərəkətə keçib.

Dünyada minlərlə insanın ölümünə səbəb olan və yüz minlərlə insanın yoluxduğu koronavirus epidemiyasına görə, sabah NATO Xarici İşlər nazirlərinin təcili toplantısı keçiriləcək.

Martın 30-na olan məlumata görə, Brüsseldə yerləşən NATO qərargahının beş əməkdaşında koronavirus aşkarlanıb.

Dəqiq sayı məlum olmasa da, dünyanın müxtəlif ərazilərində hərbi missiyalarda iştirak edən hərbçilər arasında yoluxma hallarının baş verdiyi bildirilir.

Qərargahda işçilərin və iclasların sayının azaldılması ilə yanaşı, vacib olmayan səfərlərə də qadağa qoyulub.

NATO müttəfiqlərinin iştirakı ilə keçirilməsi planlaşdırılan bəzi təlimlər də COVID-19 səbəbi ilə ləğv edilib.