Naxçıvan Perinatal Mərkəzin direktoru işdən çıxarıldı

  • 2025.11.25 12:01
  • 160 Baxış
Naxçıvan Perinatal Mərkəzin direktoru  işdən çıxarıldı

Naxçıvan Perinatal Mərkəzinin direktoru işdən azad edilib.

Medicina.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının səhiyyə naziri Samiq Sadıxov əmr imzalayıb. Əmrə əsasən, mərkəzin direktoru Günel Abdiyeva vəzifəsindən azad olunub.

Onun vəzifədən çıxarılmasının səbəbi işdə yol verdiyi nöqsanlar və vətəndaşların çoxsayılı şikayətləridir.