Naxçıvan Muxtar Respublikasının Mərkəzi Xəstəxanasında hərbi xidmətə çağırılan gənclərin günlərlə get-gələ salındığı iddia olunur.
Bakupost.az xəbər verir ki, bu barədə kulinar Mübariz Vəliyev sosial şəbəkədə paylaşım edərək narazılığını bildirib.
Onun sözlərinə görə, çağırışçılar hərbi komissarlıq tərəfindən xəstəxanaya göndərilsə də, müayinədən keçmək üçün uzun müddət gözləməli olurlar. M.Vəliyev xüsusilə xəstəxananın şöbə müdiri, radioloq Aqil Quliyevdən şikayət edərək bildirib ki, həkim limit bəhanəsi ilə gəncləri qəbul etmir:
“Çağırışçıları bura göndərirlər, amma Aqil həkim xəstəxanada hegemonluq edir, deyir, get sabah gəl, birigün gəl. İnsanları bu şəkildə geri qaytarırlar.
Səhiyyə Nazirliyi hara baxır? Həkim deyir ki, mənim limitim var, gündə cəmi 5 nəfər qəbul edirəm. Bu hansı qanunvericiliyə uyğundur?
Əsgər olacaq uşaqları günlərlə xəstəxanada gözlədirlər. Belə bir qanun varmı? Varsa, niyə bizim xəbərimiz yoxdur? Qanunvericilik buna nə deyir?”
Medicina.az