Naxçıvanda ata öldü, 5 övladı xəstəxanalıq oldu

  • 2026.02.14 13:00
  • 69 Baxış
Naxçıvanda ata öldü,  5 övladı xəstəxanalıq oldu

Naxçıvanda bir ailənin 6 üzvü dəm qazından zəhərlənib.

Medicina.az xəbər verir ki, hadisə şəhərin Xətai məhəlləsi, ev 12 ünvanında qeydə alınıb.

Belə ki, Ordubad rayonu Aşağı Əylis kənd sakini 1994-cü il təvəllüdlü Məsimov Oruc Məhərrəm oğlu dəm qazından boğularaq həyatını itirib.

Onun övladları - 2020-ci il təvəllüdlü Fatimə Məsimova, 2018-ci il təvəllüdlü Hüseyn Məsimov, 2017-ci il təvəllüdlü Məhəmməd Məsimov, 2021-ci il təvəllüdlü Əli Məsimov və 2022-ci il təvəllüdlü Həsən Məsimov dəm qazından zəhərləniblər.

Onlar Naxçıvan Yoluxucu Xəstəliklər Mərkəzinə yerləşdiriliblər.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.