Necati Şaşmazın ürəyinə stent qoyuldu

  • 2022.10.28 16:58
  • 1777 Baxış
Necati Şaşmazın ürəyinə stent qoyuldu

Türkiyənin məşhur aktyoru Necati Şaşmazın ürəyində problem aşkarlanıb.

"Medicina" xəbər verir ki, onun ürək damarının tutulduğu aşkar edilib.

“Necati Şaşmaz sinə ağrısı, sol qolunda ağrı və uyuşma kimi şikayətlərlə xəstəxanaya müraciət edib. Ona damar açma əməliyyatı edilib. Koronar arteriya xəstəliyi olaraq bilinən ürək damarlarında tıxanıqlıq diaqnozu qoyulub. Əməliyyat uzun çəkməyib və Şaşmaz qısa zamanda xəstəxanadan buraxılıb”, - deyə dostu qeyd edib.

O hazırda evindədir.


Aygün Musayeva