Nəcisin yaşıl rəngi nədən xəbər verir? – Təhlükə

  • 2022.11.25 18:08
  • 41914 Baxış
Nəcisin yaşıl rəngi nədən xəbər verir?  – Təhlükə

Adətən həkimləri nəcisin qırmızı və qara olması narahat edir.

Bir çox insanlar isə ümumiyyətlə buna ifkir vermir.

“Medicina” xəbər verir ki, nəcisin yaşıl rəng alması da təhlükədən xəbər verə bilər.

Qastroenteroloq Aleksandr Alisov nəcisin rənginin hansı problemdən xəbər verdiyini açıqlayıb.

“Qırmızı və qanlı nəcis daxili qanaxma və bağırsaq xərçənginin əlaməti ola billər. Qara nəcis də qanama və xərçəng zamanı olur. Amma bu iki rəng təkcə təhlükə əlaməti deyil.

Yaşıl rəng də ciddi problemlərdə olur.

Bu bir neçə səbəbdən ola bilər:

İnsanın yedikləri, içdiyi, hər hansı pəhriz, yaşıl rəng və s.
Bitkilərdə olan xlorofill nəcisi rəngləyir.

Qidanın bağırsaqdan həddən artıq sürətlə keçməsi, ishal və s.

Kron, xoralı kolit zamanı – öd qidanı tam həll edə bilmir, bu zaman nəcis yaşıla çalır.

Bəzi dərmanlar, antibiotiklər bağırsaqda faydalı bakteriyaları öldürdüyü üçün nəcisin rənginə və qoxusuna təsir edir.
Təhlükəli bakteriya, parazitlər, qida zəhərlənməsinə səbəb olan salmonella, norovirus bağırsağı pozur, nəcis pis yaşıl rəngə çalır.

Əgər bu əlamətlə yanaşı ürəkbulanma, qusma, ishal, spazm, ağrı, hərarət, ümumi halsızlıq varsa, yubatmadan təcili yardım və xəstəxanaya müraciət edin”.


Aygün Musayeva