Nəfəs borusuna qida düşən adamı necə xilas etməli?

  • 2023.03.02 20:28
  • 3027 Baxış
Nəfəs borusuna qida düşən adamı necə xilas etməli?

Nəfəs borusuna yemək qırıntısı düşdükdə ani boğulma baş verir. Dünyada hər il minlərlə insan bu səbəbdən həyatını itirir.

“Medicina” xəbər verir ki, terapevt Yekaterina Terentevanın sözlərinə görə, insanın kürək hissəsinə vurduqda boğulma riskindən azad olur.


İnsan boğulmasına baxmayaraq, sərbəst şəkildə öskürərərk boğaz yolunu təmizləyir. Bu ondan xəbər verir ki, yemək qırıntısı nəfəs borusuna düşməyib. Bu zaman kürəyə vurmağa etiyac olmur.

Əgər öskürərək nəfəs borusundakı yemək tıxacını çıxartmaq mümkündursə, kürəyə vurmağa ehtiyac qalmır. Kürəyə vurularsa əksinə, həmin tikə nəfəs borusunun dərinliyinə gedərək insanı boğa bilər. Əgər adam boğularsa öskürə bilmir və kürəyə vurmaqlanəfəs borusunu açmaq mümkündür. Bu simptomlar tənəffüs yollarına xarici bir cismin nüfuz etdiyini göstərir.


Həkim Terentyeva belə bir xəsarət alan şəxsə tez bir zamanda təcili yardım çağırmağı tövsiyə edilir və tənəffüs yollarını yapışmış yemək parçasından və ya yad cisimdən azad etməyə kömək edən Heimlich metodunu necə düzgün yerinə yetirməli olduğunu söyləyib.


Zərər çəkmişi iki əlinizlə tutun, arxada dayanın – hər iki əlinizi göbək və bağırsağların aşağı hissəsi arasına qoyun, bir əlinizi yumruqlayıb sıxıb mədəyə qoyun,ikinci əllə yuxarıdan tutun.

Hər iki qolu dirsəklərdə kəskin şəkildə bükün, yumruğunuzla qarnına basın. Adətən bu sürətlə təkrarlanan hərəkətlərin dörd və ya beşi kifayətdir.

Əgər boğulmalar tez- tez baş verərsə, mütləq surətdə həkimə müraciət edin.

Günay Q.