Nərimanovdakı partlayışda xəsarət alan 4 nəfər evə buraxıldı

  • 2025.11.25 10:49
  • 210 Baxış
Nərimanovdakı partlayışda xəsarət alan 4 nəfər evə buraxıldı

Bakı şəhəri, Nərimanov rayonu, Ə.Rəcəbli küçəsində partlayış baş verən obyektdə xəsarət alanlardan dördü evə buraxılıb.

Medicina.az xəbər verir ki, bu barədə KTM-dən məlumat verilib.

Bildirilib ki, noyabrın 24-də saat 09:00 radələrində obyektdə baş vermiş partlayışda 5 nəfər xəsarət alaraq Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub.

Onlardan bir kişi termiki yanıq, 4 nəfərə isə (1-i kişi, 3-ü qadın) bədənin müxtəlif nahiyələrinin müştərək travmaları diaqnouz təyin olunub.

Xəsarət almış dörd nəfərə zəruri tibbi yardım göstərildikən sonra ambulator müalicə üçün evə buraxılıblar. Bir nəfər isə aidiyyatı üzrə tibb müəssisəsinə yönləndirilib.