30 yaşlı Nərmin Mansurlunun burun əməliyyatından sonra ölməsi ilə bağlı həbs edilən cərrah Sənan Mehdiyevə hökm oxunub.
"Medicina" xəbər verir ki, hökmə əsasən, Sənan Mehdiyev ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan səhlənkarlıqda təqsirli bilinərək 2 il azadlıqdan məhrum edilib.
Amma onun cəzasının məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi qərara alınıb.
Bu tip müəssisələrdə cəza çəkən məhkumlara isə müəyyən şərtlər daxilində müəssisə hüdudlarından kənara çıxmağa icazə verilir.
MEDİCİNA.AZ