Nəsildə xərçəng varsa, hər kəs xəstə ola bilər?

  • 2022.11.05 14:53
  • 2827 Baxış
Nəsildə xərçəng varsa, hər kəs xəstə ola bilər?


Ailə üzvlərində, baba nənələrdə xərçəngin olması, xəstəliyin mütləq irsən ötürüləcəyi anlamına gəlmir.

"Medicina" xəbər verir ki, onkologiyada irsi faktor, məşhur inancın əksinə olaraq, əhəmiyyətsiz bir rol oynayır. Onkoloq, mammoloq, tibb elmləri namizədi Vladimir Vorotnikovun sözlərinə görə, xərçəngin irsi inkişaf riski cəmi 5% qiymətləndirilir.


"Əlbəttə, xərçəngin irsi ötürülməsi şansı həmişə var, lakin ailədə onkoloji xəstəliyin olması, bu xəstəliyə tutulacağınız anlamına gəlmir", - ekspert vurğulayıb.

Həkim ciddi problemlərin qarşısını almaq üçün profilaktik tədbirlərin vacibliyini qeyd edib. Bunlardan ən əsası isə xərçəngi erkən mərhələdə mükəmməl aşkar edən skrininq testidir.

Aygün Musayeva