Netanyahunun köməkçisi COVID-19-a yoluxdu

  • 2020.03.30 09:53
  • 822 Baxış
Netanyahunun köməkçisi COVID-19-a yoluxdu
İsrailin Baş Nazirinin köməkçisi Rivka Palux COVID-19-a yoluxub.

Bu barədə İsrail mətbuatı məlumat yayıb.


Məlumata görə, 64 yaşlı Palux əri bu diaqnozla xəstəxanaya yerləşdirildikdən sonra özü də müayinədən keçmək məcburiyyətində qalıb. Qadın cümə axşamı hökumət başçısı ilə də əlaqədə olub, ancaq Netanyahu administrasiyası onların görüşü zamanı lazımi məsafənin qorunduğunu vurğulayıb. Bildirilir ki, Netanyahu Səhiyyə Nazirliyinin tövsiyələrinə uyğun olaraq 14 gün karantində qalmalı ola bilər.