Nəyə görə çuğundurun yarpaqları yeyilməlidir?

  • 2022.04.14 14:35
  • 3233 Baxış
Nəyə görə çuğundurun yarpaqları yeyilməlidir?


Bir çox Avropa ölkələrində, xüsusən İtaliyada çuğundurun iri yarpaqları ayrıca dəstələnib satılır, üstəlik qiyməti çuğundura çatır.

Alimlər manqold növlü çuğundurun yarpaqlarının Vavilyon və qədim Romada faydalı hesab edildiyini bildirir.

Bakupost.az xəbər verir ki, çuğundurun zoğu və yarpaqları tərəvəzin özündən daha faydalı və zəngindir.

Təzə çuğundurun nazik yaşıl zoğları təbii aspirin və C vitaminidir.

Damarları bərkidir, qanı duruldur, immuniteti yüksəldir.

Çuğundur yarpaqlarında olan fol turşusu beyinin yaxşı işləməsi üçün vacibdir və qanı artırır.

Onun tərkibində olan karotinoidləri görməni yaxşılaşdırır.

Çuğundur yarpaqlarını salat kimi edib yemək təzyiqi normallaşdırır.

Onun yarpaqlarını qovurub, borşa qatıb, dovğaya doğrayıb yemək olar.

Yarpağı liflə zəngin olduğu üçün dietikdir, bağırsaqları yumşaldır, şəkər xəstələri üçün əvəzsizdir.


Aygün Musayeva
BakuPost