Nəyə görə yanvarda ölüm artır?

  • 2023.05.10 22:52
  • 2073 Baxış
Nəyə görə yanvarda ölüm artır?
Statistikaya görə, yanvar ayı ölüm riski baxımından ilin ən təhlükəli vaxtıdır.

Nəyə görə yanvar ayında digər aylara nisbətən daha çox ölüm riski var? Buna bir sıra amillər təsir edir.

“Medicina” xəbər verir ki, alimlərin açıqlamasına görə, səbəblərdən ən əsası genlərdir.

Bundan əlavə, insan psixologiyası böyük əhəmiyyət kəsb edir. Yanvar ilin ən depressiv ayı, yanvarın üçüncü bazar ertəsi isə ilin ən depressiv günü hesab olunur. Bu, hava ilə əlaqədar məyusluq və yayı uzun müddət gözləmək kimi amillərin birləşməsindən qaynaqlanır.

Psixoloqlar Yeni il bayramlarından sonrakı dövrü “doğrulmamış ümidlərin təsiri” adlandırır. Qışın əvvəlində insanlar artıq pis əhval-ruhiyyədən əziyyət çəkirlər, lakin onlar özlərinə söz verirlər ki, Yeni ildən sonra həyatları dəyişəcək. Dekabr ayında intiharların sayı azalır, çünki çoxları Yeni ildən Yeni Həyata ümid edir. Ancaq ümidsizlik yanvar ayında daha da artır və ölüm riski yüksəlir.

1973-cü ildə Nyu-York Universitetinin sosioloqları tərəfindən nəşr olunan bir araşdırma, bir insanın doğum günü ilə ölüm günü arasındakı əlaqəni izah edib. Bir çox ağır xəstələr ad gününü qeyd etmək üçün çox cəhd edir, çalışır, ad gününü geridə qoyduqdan sonra sağlamlıqları kəskin şəkildə pisləşir və vəfat edirlər.

Təmtəraqla qeyd olunan yubileylərindən qısa müddət sonra dünyasını dəyişən bir çox məşhurlar və insanlar var.

Günay Quluzadə