Nəzarət olunmayan dərman qəbulu sirroza səbəb olur

  • 2022.11.10 17:15
  • 1353 Baxış
Nəzarət olunmayan dərman qəbulu sirroza  səbəb olur


Nəzarət olunmadan, uzun müddət və özbaşına içilən çox sayda dərmanlar qaraciyərin təhlükəli xəstəliyinə səbəb ola bilir.

"Medicina" xəbər verir ki, bu barədə infeksionist Nataliya Oçinskaya bildirib.

"Qaraciyər orqanizmdə toksiki maddələri zərərsizləşdirir. İçdiyimiz bütün dərmanlar bu orqandan keçib həll olur.

Çox dərman içənlər, özbaşına müalicə ilə məşğul olanlar, dozanı aşanlar, dərmanları içki ilə qarışdıranlar qaraciyəri necə təhlükəyə atdığını bilmir.

Həkimsiz dərmanlar qəbul etmək sirroz və və qarciyər çatışmazlığına səbəb ola bilər.
Nə qədər çox dərman qəbul edirsizsə, bu o qədər qaraciyəri riskə atırsız. Yalnız peşəkar həkim optimal müalicəni seçə bilər".

Aygün Musayeva