Nişandan sonra oğlumun vəziyyəti qəfil pisləşdi.
Medicina.az xəbər verir ki, müğənni Tacir Şahmalıoğlu oğlu Şahmalının səhhətindəki problemdən danışıb.
"Evdəkilərə salam" proqramında danışan T.Şahmalıoğlu oğluna görə az qala öləcəyini deyib.
"Uşağın gözü getdi, başını qoydu stola. Mən də deyirəm ki, qayınanan, qayınatan baxır, özünə gəl. Sən demə, uşaq ölürmüş. Başını qaldırdım ki, gözü gedib, ağarıb".
Medicina.az