Norveç Şahzadəsi ağciyər nəqli üçün növbəyə alındı

  • 2026.06.11 22:26
  • 100 Baxış
Norveç  Şahzadəsi ağciyər nəqli üçün     növbəyə alındı


Norveç Tac Şahzadəsi Mette-Marit xroniki ağciyər xəstəliyinin ağırlaşmasından sonra ağciyər nəqli üçün gözləmə siyahısına salınıb.


Medicina.az xəbər verir ki, Kral Sarayının məlumatına görə, sağalmaz xroniki ağciyər xəstəliyindən əziyyət çəkən və vəziyyəti son zamanlar pisləşən Norveç Tac Şahzadəsi Mette-Marit ağciyər nəqli üçün gözləmə siyahısına salınıb.

"Tac Şahzadəsinin ağciyər xəstəliyinin irəliləməsi ciddi narahatlıq doğurur. Hərtərəfli tibbi qiymətləndirmədən sonra o, mümkün qədər tez bir zamanda ağciyər nəqli üçün gözləmə siyahısına salınıb", - deyə Oslo Universitetinin tibb professoru və Rikshospitalet Oslo-nun tənəffüs sistemi üzrə mütəxəssisi Are Holm bildirib.

2018-ci ildə Mette-Maritə nəfəs problemlərinə səbəb olan və dəfələrlə xəstəlik məzuniyyəti almağa və rəsmi vəzifələrini azaltmağa məcbur edən nadir ağciyər fibrozu diaqnozu qoyulub.

Sarayın açıqlamasına görə, əməliyyatı gözləyərkən Tac Şahzadəsi rəsmi vəzifələrini yerinə yetirə bilməyəcək.


Qızları Şahzadə İnqrid Aleksandra da Norveçdəki anasının yanına qayıtmaq üçün Sidney Universitetindəki təhsilini yarımçıq qoymaq qərarına gəlib.

Bu yaxınlarda şahzadə saray işçisinin daşıdığı oksigen aparatına qoşulmuş tənəffüs borusu ilə ictimaiyyət qarşısına çıxıb.

Aygün Musayeva