Novruz çərşənbələrinin vaxtı məlum oldu

  • 2026.01.04 20:51
  • 374 Baxış
Novruz çərşənbələrinin vaxtı məlum oldu

Azərbaycanda 2026-cı il üçün Novruz çərşənbələrinin tarixləri məlum olub.

Medicina.az xəbər verir ki, bu il Su çərşənbəsi fevralın 24-nə təsadüf edəcək.

Od çərşənbəsi martın 3-ü Yel isə 10-u qeyd ediləcək. Torpaq (İlaxır) çərşənbə 17 mart olacaq.

Novruz bayramı günləri isə 20–24 mart tarixlərini əhatə edəcək.

Qeyd edək ki, Novruz bayramı UNESCO tərəfindən bəşəriyyətin qeyri-maddi mədəni irsi siyahısına daxil edilib və əsrlərdir Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin ayrılmaz hissəsi kimi qeyd olunur.