Novxanıda dənizdə iki nəfər batdı

  • 2025.07.20 11:26
  • 442 Baxış
Novxanıda dənizdə iki nəfər batdı

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Abşeron rayonunun Novxanı kəndində dənizdə 2 nəfərin batması barədə məlumat daxil olub.

FHN-dən Medicina.az -a verilən xəbərə görə, məlumatla əlaqədar qurumun Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.

Əlavə məlumat veriləcək.