Nyu York zooparkındakı pələngdə koronavirus aşkarlanıb

  • 2020.04.06 11:26
  • 1486 Baxış
Nyu York zooparkındakı pələngdə koronavirus aşkarlanıb
Nyu Yorkdakı Bronx Zooparkında yaşayan Nadia adlı pələngdə korona virusunun yeni növü (COVID-19) aşkarlandığı bildirilir.

ABŞ Vəhşi Təbiəti Qoruma Dərnəyinin verdiyi açıqlamada, 4 yaşındakı Malayziya pələngi Nadiada COVID-19 testinin müsbət olduğu qeyd edilib.


Açıqlamada, pələnglə eyni yerdə olan 3 pələngdə və 3 şirdə də bəzi virus əlamətlərinin olduğu, lakin bütün heyvanların vəziyyətinin yaxşı olduğu bildirilib.

Nadianın simptomlar müşahidə olunmayan bir zoopark işçisi tərəfindən yoluxduğu ehtimal edilir.

Qeyd edək ki, ABŞ-da bu günə qədər hər hansı bir heyvanda COVID-19 yoluxma halı aşkarlanmamışdır.

ABŞ Xəstəlikləri Qoruma və Qarşısının Alınması Mərkəzinin (CDC) məlumatına görə, Çinin Wuhan bölgəsində ilk hal istisna olmaqla heyvanların insanlar arasında virusun yayılmasında hər hansı bir rol oynadığına dair elmi dəlil yoxdur.