Öd daşlarının xalq təbabəti ilə müalicəsi

  • 2019.11.02 09:30
  • 67472 Baxış
Öd daşlarının xalq təbabəti ilə müalicəsi

Bir çoxları ağızda acılığa, həmçinin yeməkdən sonra sağ tərəfdə
qabırğaaltı ağrılara önəm vermir. Lakin bu əlamətlər öd daşlarının yaranmasına
işarə edir. Öd daşlarının yaranması və şiddətlənməsi dözülməz ağrılara səbəb
ola bilər.



Medicina.azöd daşlarının müalicəsində ən çox
istifadə edilən xalq təbabət metodlarını təqdim edir:



Qırmızı çuğundur Öd daşlarının yaranmaması üçün daim çuğundur şirəsi içmək lazımdır. Səhər
yeməyindən sonra 2-3 saat soyuduca qalmış 1/2 stəkan çuğundur şirəsi içmək
lazımdır. Eyni effekti balqabaq şirəsi də verir. Balqabaq şirəsini gündə 3 dəfə
1 stəkan qəbul etmək lazımdır.



Tərəvəz şirələrinin qarışımı Bu şirə qarışımını hazırlamaq üçün eyni miqdarda kök, xiyar və çuğundur şirəsi
götürülməlidir. Bu metodla müalicə 6 ay ərzində aparılır. İlk ay əgər gündə 1
stəkan qəbul edilməlidirsə, növbəti aylarda gündəlik norma 5-6 stəkan təşkil
edir.



Solmaz çiçəyi dəmləməsi 1 xörək qaşığı üyüdülmüş solmaz çiçəyini bir stəkan qaynar suda dəmləyin. Sonra
süzün və soyudun. Yenidən ilkin həcmdə qaynadılmış su əlavə edin və gündə 1/2
stəkan 2 dəfə qəbul edin.



Yovşan cövhəri Hazırlanması üçün yovşan və qatırquyruğu qurusunu qarışdırın. Belə qarışımın
hər bir xörək qaşığını 1 stəkan qaynar suda 20-30 dəqiqə dəmləmək lazımdır. Gün
ərzində iki dəfə bir çay qaşığı qəbul etmək lazımdır.



Qarpız qabığı


Ödü daşlaradan təmizləməyə qarpız qabığının qurusu kömək edə bilər. Üyüdülmüş 4
xörək qaşığı qarpız qabığı qurusu 1 litr suda vam odda yarım saat qaynadılır.
Süzülmüş və soyudulmuş qarışımı gündə 5 dəfə 1 xörək qaşığı kimi qəbul etmək
lazımdır.



Çəmən ətirşahı Bu xalq təbabəti vasitəsi ilə xəstəliyin şiddətlənməsinin qarşısı alınır və öd
daşlardan təmizlənir. 2 çay qaşığı quru və üyüdülmüş ətirşah 300 ml qaynar suda
səhərə kimi dəmlənir və gündə 4 dəfə qəbul edilir.



Kələm şorabasının suyu Yeməkdən əvvəl gündə üç dəfə 1/2 stəkan qəbul etmək lazımdır. Müalicənin
müddəti 1,5-2 aydan çox olmamalıdır.




Qırmızı quşarmudu (və ya
üvəzi)
Hər gün 2 stəkan meşədən yığılmış quşarmudu meyvəsi yemək lazımdır.



Qıtığotu cövhəri Qıtığotunu sürtkəcdən keçirin və 4 xörək qaşığı bitkini bir stəkan südlə
qarışdırıb isidin (qaynamamalıdır!). 20 dəqiqə soyutduqdan sonra süzün və bir
dəfəyə için. Hər gün bunu etsəniz öd daşlarını əridə bilərsiniz.



Mərsin yarpaqlarının
dəmləməsi
2 xörəq qaşığı mərsin yarpaqlarının qurusu 1 stəkan suya əlavə edilir və qaynar
su vannasında 30 dəqiqə saxlanılır. Alınmış dəmi 1/2 stəkan miqdarında gündə 3
dəfə qəbul etmək lazımdır.


 

Öd daşlarının xalq təbabəti ilə müalicəsi
Öd daşlarının xalq təbabəti ilə müalicəsi
Öd daşlarının xalq təbabəti ilə müalicəsi