"Oğlumun ayağının amputasiyasında iştirak etdim" - Tibb bacısının müharibə xatirələri

  • 2022.06.27 14:29
  • 1312 Baxış
"Oğlumun ayağının amputasiyasında iştirak etdim" -  Tibb bacısının müharibə xatirələri
“Əməliyyat masasının yanında dayanmışdım. İş yoldaşım gizir dəftərdən bir ad oxudu- Məmmədzadə Qəhrəman Rüstəm oğlu. Arxaya çevrilb "nə" deyə sual etdim”.



Ölkə.Az xəbər verir ki, bunu kiçik tibb bacısı Zinyət Məmmədova “Görünməyən qəhrəmanlar. Hərbi həkimlər” adlı sənədli filmdə deyib. Tibb bacısı bildirib ki, gizir ona yaralı əsgərə iynə vurmağı tapşırıb:


“Dedi bu xəstəyə bu iynə vurulacaq. Dedim xəstə haradadır? Dedi ki, sizin qarşınızda. Oğlumun ayağından o batikanı çıxarmışamsa, Allahın möcüzəsini orada yaşadım. Allah mənim gözlərimi bağlamışdı ki, öz övladımın üzünü görməyim. Düzdür, çox çətin və ağır idi. Mən öz oğlumun ayağının amputasiyasında iştirak elədim”,- deyə o söyləyib.