“Oktyabrdan komendant saatı və sərt qapanmaya qayıdacağıq” - Beynəlxalq Proqnozlaşdırma Mərkəzinin vitse-prezidenti

  • 2021.07.17 16:11
  • 1973 Baxış
“Oktyabrdan komendant saatı və  sərt qapanmaya qayıdacağıq”  - Beynəlxalq Proqnozlaşdırma  Mərkəzinin vitse-prezidenti

“Önümüzdəki illərdə öyrəşdiyimiz kütləvi beynəlxalq turizm olmayacaq, bunu unuda bilərik. Pandemiya hələ də davam edir, dünya yenidən yüklənir. Köhnə sistem məhv edilir, hətta dollar öz çəkisini itirir”.

Bu barədə gürcüstanlı iqtisadçı, Beynəlxalq Proqnozlaşdırma və Tədqiqat Mərkəzinin vitse-prezidenti Nika Şengeliya Caliber.Az-a müsahibəsində bildirib.

O qeyd edib ki, dünya valyuta zonalarına parçalanmağa hazırlaşır. Amerika Birləşmiş Ştatları və Latın Amerikası bir zonanı, digər dövlətlər də öz zonalarını yaradacaqlar. Əlbəttə ki, bir çox milli valyuta sadəcə yox olacaq.


“Bir daha vurğulayıram: pandemiya tezliklə bitməyəcək. Əvvəlki göstəricilərə qayıtmaq üçün üç-dörd il lazımdır. Məsələn, bu il Gürcüstan iqtisadiyyatının böyüməsi barədə proqnoza şübhə edirəm. Avqust ayında nə olacağına dair heç bir fikrimiz yoxdur”


“Digər ştammları nəzərə almasaq, artıq “Delta”ya onlarla yoluxma hadisəsi var. Təəssüf ki, payızda, oktyabr ayında Gürcüstan komendant saatına və “lokdaun”a qayıdacaq. Turizm böyük itkilər verir, bu qaçılmazdır. İqtisadiyyatı turizmə yönəlmiş Gürcüstan üçün üzücü olan hazırkı vəziyyət davam edəcək”.


Ümumiyyətlə, 2027-ci ilə qədər, maksimum 2030-cu ilə qədər dünyada çox şeyin dəyişəcəyini proqnozlaşdırıram və bu yalnız əvvəl dediyim valyutalarla əlaqəli deyil: dövlətlərin siyasi xəritələri də dəyişəcək”.