“Ölkədə ayrı virus yayılıb, bu, koronavirus deyil“ - Rəşid Mahmudov

  • 29 Yan 2022 14:04
  • 962 Baxış
“Ölkədə ayrı virus yayılıb, bu, koronavirus deyil“ -  Rəşid Mahmudov
Son günlər yoluxma sayında ciddi şəkildə artım müşahidə olunur. Statistik nəticələrə görə, yoluxma sayı 3600-ə çatıb. Yoluxma sayında müşahidə olunan artımlar müzakirələrə səbəb olub.

Belə ki, əhalinin yarıdan çoxu 2 doza vaksin vurdurub. Hətta 3 dozanı qəbul edənlər də var. İnsanlar arasında belə fikir var ki, vaksin xəstəliyə artıq təsir edə bilmir. Hətta 2-3 doza vaksin vurduranlar da virusa yoluxur. Yəni vaksinasiya prsoesi aparılsa da yoluxma artır.

Maraqlıdır, vaksinin həqiqətənmi, artıq əhəmiyyəti yoxdur? Yox, əgər vaksin virusdan qoruyursa, ölkədə yoluxanların sayı niyə artır?

Medicina.az xəbər verir ki, Azərbaycan Tibb Universitetinin dosenti, Əməkdar müəllim Rəşid Mahmudov Yenisabah.az-a açıqlamasında deyib ki, bu virus adi qrip kimidir:

“Bu ayrıdır. Koronavirusun növü deyil. Hazırda ayrı növ virus yayılıb. Bu adi qrip kimi bir şeydir. Narahatlığa əsas yoxdur”.

Həkimin sözlərinə görə, yeni virusdan ölüm yoxdur:

“Bu virusdan ölüm yoxdur. Öldürmür. Xəstəliyi, şəkəri olan insanlara təsir edə bilər. Qalan insanlara qorxusu yoxdur. Qorxmaq lazım deyil”.