“Bakıda meyit donordan ürək köçürülən 19 yaşlı Rəşad Məmmədəliyev hazırda Mərkəzi Klinikada ciddi həkim nəzarətində saxlanılır”.
"MEDİCİNA.AZ" xəbər verir ki, bu sözləri Oxu.az-a açıqlamasında R.Məmmədəliyevin atası Abbasəli Məmmədəliyev deyib.
“Rəşadda yerimə problemi, təngnəfəslik və digər əlamətlər aşkarlanandan sonra müalicələr başlandı. Təxminən 5-6 ay əvvəl bir neçə həkimə müraciət edəndən sonra Mərkəzi Klinikada Kamran Musayevin qəbulunda olduq.
K.Musayev əməliyyatı üzərinə götürdü və oğlum üçün donor da tapıldı. Oktyabrın 23-ü gecə saat 3 radələrində əməliyyat başlanıldı, günorta 11:30-da başa çatdı.
Hazırda vəziyyəti yaxşıdır, palata şəraitində həkim nəzarətində saxlanılır. Həkim nəzarəti ilə qismən hərəkət edir, özünü normal hiss edir. Hələ ki görüşə icazə vermirlər. Telefonla qısamüddətli danışır”.
MEDİCİNA.AZ