Ölkədə yayılan virusdan necə qorunaq?

  • 2025.12.22 18:21
  • 109 Baxış
Ölkədə yayılan virusdan necə qorunaq?


Havaların soyuması ilə əlaqədar ölkə ərazisində kəskin respirator virus infeksiyaların, həmçinin, qripin yayılmasında artım müşahidə olunur.
Kəskin respirator virus infeksiyaları yüksək hərarət, öskürək, boğaz ağrısı, ümumi halsızlıq, düzgün müalicə olunmadıqda isə ağırlaşmalarla müşayiət olunur.

Əhalinin ən həssas təbəqələri - yaşlılar, xroniki xəstələr, hamilə qadınlar və uşaqlarda bu infeksiyalar daha ağır gedişatlı və fəsadlı ola bilər.

Medicina.az xəbər verir ki, kəskin respirator virus infeksiyalarına qarşı mübarizədə profilaktik tədbirlər mühüm rol oynayır. İnfeksiyadan qorunmaq və xəstəliyə yoluxmamaq üçün

-tibbi maskadan istifadə;
-otaq havasının tez-tez dəyişdirilməsi;
-əllərin təmizliyi
-sağlam qidalanma
-immun sisteminin gücləndirilməsi vacibdir.


İmmun sisteminin gücləndirilməsi virus infeksiyalarının profilaktikası üçün əhəmiyyətli şərtlərdəndir. Virusəleyhinə immun cavabda vit. C mühüm rol oynayır. Xüsusilə vitamin C-nin yüksək konsentrasiyası immun sisteminin virusa qarşı adekvat cavabı üçün çox vacibdir, çünki mitoxondrial, virusəleyhinə siqnal zülallarının və interferonun əmələ gəlməsi üçün bütöv kaskadı induksiya edir. Həmçinin, Vit. C defisitində dərinin və selikli qişanın baryer funksiyası yetərli olmur.

Vit. C-nin çatışmazlığı orqanizmin immun sistemini zəiflədir. Vitamin C orqanizmdə güclü antioksidant və əsas immunomodulyatorlardan biri olaraq, infeksiyaya və iltihaba qarşı müdafiəni aktivləşdirir. Bu baxımdan venadaxili Yüksəkdozalı vitamin C kəskin respirator virus xəstəliklərinə yoluxmuş insanlara tövsiyə olunur.

Yüksəkdozalı Vitamin C-nin terapevtik faydası tədqiqatlarla sübut olunub. Yüksəkdozalı vitamin C-nin çoxsaylı farmakoloji xüsusiyyətləri sırasında aşağıdakılar immun sisteminə təsir edərək virus infeksiyalarının profilaktika və müalicəsində olduqca əhəmiyyətlidir:

• İmmun hüceyrələrinin aktivliyini normallaşdıraraq virus və bakteriyaya qarşı immun cavabı təmin edir
• Komplement sistemini aktivləşdirir
• İnterferon sintezini artırır
• Antioksidant təsir göstərir

İstifadə qaydası: Yüksəkdozalı vit. C 7,5 g - 50 ml + NaCl 0,9% -100 ml venadaxili damcı üsulu ilə həftədə 2 dəfə.


Amaliya M.
medicina.az