Nərgiz İsmayılbəyli Tibb Universitetinə 700 balla daxil olan ilk tələbə olub.
Medicina.az xəbər verir ki, o, 2007-ci ildə maksimal balla ATU-ya qəbul olunub və Prezident rəqaüdünə layiq görülüb.
2013-cü ildə universiteti fərqlənmə diplomu ilə bitirib.
2013-14-cü illərdə İtaliyanın Roma "La Sapienza" Universitetində "Prenatal diaqnostika və dölün patologiyası" ixtisası üzrə magistratura təhsili alıb.
2014-15-ci illərdə İtaliyanın Bolonya Universitetində “Reproduksiyanın təbabəti, cərrahiyəsi və biologiyası” ixtisası üzrə magistratura təhsili alıb.
2013-20-ci illərdə Respublika Diaqnostika Mərkəzində Mamalıq-ginekologiya ixtisası üzrə həkim-rezident kimi çalışıb.
2020-ci ildən həkim ginekoloq kimi fəaliyyət göstərir.
Aygün
Medicina.az