Ölkəyə dərman gətirənlər bir qramlıq dərmanları yavaş-yavaş aradan çıxarır - Millət vəkili

  • 2022.06.06 14:12
  • 2002 Baxış
Ölkəyə dərman gətirənlər bir qramlıq dərmanları yavaş-yavaş aradan çıxarır  - Millət vəkili

“Ölkədə dərmanların qiyməti süni formada qaldırılır”.

Medicina.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında deputat Rüfət Quliyev deyib.

“Ölkəyə dərman gətirənlər bir qramlıq dərmanları yavaş-yavaş sıradan çıxarırlar. Bundan sonra ölkəyə eyni qiymətə həmin dərmanın 0,5 qramlığı gətirilir. Onu istifadə edən xəstə məcbur olur ki, həmin qiymətə o dərmandan ikisini alsın”.