Ölüm anında təzyiq necə olur - Yüksək, yoxsa aşağı?

  • 2026.03.30 18:23
  • 126 Baxış
 Ölüm anında təzyiq necə  olur   - Yüksək, yoxsa aşağı?

Ölümə səbəb olan infarkt, insult zamanı təzyiq yüksək olsa da, ölüm anında təzyiq insanları çaşdıra bilər.

Medicina.az xəbər verir ki, Əksər hallarda əvvəl qalxır, sonra kəskin düşür.

İlk mərhələ (stress reaksiyası)
Ölümə səbəb olan vəziyyət (infarkt, travma, qorxu və s.) zamanı bədəndə:
adrenalin və noradrenalin artır,
ürək daha sürətli döyünür
damarlar daralır.

Bu mərhələdə: arterial təzyiq qısa müddətlik yüksələ bilər.

Son mərhələ (orqan çatışmazlığı)

Bədən artıq kompensasiya edə bilməyəndə:
ürək zəifləyir
qan dövranı pozulur
beyin və digər orqanlar oksigensiz qalır.

Bu mərhələdə: təzyiq sürətlə aşağı düşür, həkimlər buna hipotoniya deyir.

Klinik ölümə yaxın
təzyiq ölçülməyəcək qədər düşür
nəbz itir
qan dövranı dayanır və rəqəmlər sıfır göstərir.

Aygün M