Ölümdən sonra beyində nələr baş verir?

  • 2023.06.15 22:27
  • 3357 Baxış
Ölümdən sonra beyində nələr baş verir?
Uzun müddətdir ki, tədqiqatçılar insanın ölüm anında və ondan dərhal sonra beyində nə baş verdiyini anlamağa çalışırlar.


“Medicina” xəbər verir ki, həyatı üçün ciddi təhlükə ilə üzləşən xəstələrin 11-də beyində müxtəlif hadisələr, impulslar qeydə alınıb. Bunlar travmatik beyin zədəsi, qəza və ya əməliyyat zamanı komaya düşənlər idi.

Ölümə yaxın təcrübələrin mənşəyi ilə bağlı ən çox yayılmış fikir budur ki, bütün bu hisslər ürəyin dayanması ilə oksigen çatışmazlığı səbəbindən beyində meydana gələn bir növ hallusinasiyalardır.

Beyinin elektrik fəaliyyəti elektroensefaloqramma vasitəsilə qeydə alınır - alfa, beta, qamma və digər ritmlər fərqləndirilir. Zehni fəaliyyət, yuxu və beyində baş verən digər proseslər üçün müxtəlif tezlik ritmləri xarakterikdir.

Bəzi müşahidələr göstərir ki, ürək dayanmasından sonra beyinin idrak xüsusiyyəti bir az qorunub saxlanılır.

2013-cü ildə siçovullar üzərində aparılan təcrübədə heyvanların ürəyi dayanandan sonra beyin 30 saniyə işləyirdi. Tədqiqatçılar qeyd edirlər ki, qeydə alınan aktivlik beynin müxtəlif hissələrində baş verib və hətta oyaq olandan daha yüksək olub.

İnsanlarda bu dalğalar xatirələrlə də əlaqələndirilir və buna görə də ölümdən əvvəl bir insanın həyatının müxtəlif hadisələrini görməsi mümkündür. Kliniki ölüm keçirənlərin bəziləri məhz bundan danışır.


Günay Quluzadə