Omikron dünyanın yarısını zəbt etdi

  • 2021.12.23 15:04
  • 1261 Baxış
Omikron dünyanın yarısını zəbt etdi
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) həftəlik hesabatına əsasən, 106 ölkədə COVID-19-un “Omikron” ştammına yoluxma halları qeydə alınıb.


Həmçinin, ÜST son məlumatlara istinad edərək bildirir ki, “Omikron” hətta kütləvi immunitetin yüksək səviyyədə olduğu ölkələrdə belə “Delta” ştammından daha sürətli yayılır.

Qeyd edilir ki, xəstəliyin bu variantının şiddəti ilə bağlı məlumatlar hələ də məhduddur, lakin hesabatda Cənubi Afrikada və Böyük Britaniyada “Omikron”lu xəstələrin xəstəxanaya yerləşdirilmələrinin sayının artmaqda davam etdiyi bildirilir.