Onurğasına stulun ayağı keçən kişi əməliyyat olundu

  • 2026.07.13 18:20
  • 213 Baxış
Onurğasına stulun ayağı keçən    kişi əməliyyat olundu

Krasnoyarskda həkimlər ağır xəsarət alan bir kişini əməliyyat ediblər. Belə ki, taxta parçası qarnını keçib onurğasını deşmişdi.


Medicina.az xəbər verir ki, stulun üstündə dayanan kişi qəfildən stul sındığından yıxılıb və taxta ayaqlardan biri onun onurğasına kimi keçib.

Regional Səhiyyə Nazirliyinin məlumatına görə, zərərçəkənin yaşadığı rayondakı xəstəxanada bağırsaq zədələnməsini bərpa etmək və taxta ayağın görünən hissəsini çıxarmaq üçün təcili əməliyyat aparılıb.

Əməliyyat və reabilitasiyadan sonra kişi bel ağrısı hiss etməyə davam edib. Sibirli Krasnoyarsk Rayonlararası Klinik Təcili Yardım Xəstəxanasında müalicə alıb.

Təcili Yardım Xəstəxanasının həkimləri bir neçə müayinə apardılar və onurğasında yad cisim - taxta stul ayağının başqa bir parçasını aşkar etdilər.

İki mərhələli əməliyyatdan sonra xəstənin onurğasından mebel parçası çıxarıldı. Məlum oldu ki, taxta parçası iki fəqərəni və fəqərələrarası diski deşib.

Cərrahlar zədələnmiş fəqərələri implantlarla əvəz ediblər.

Xəstə əməliyyatdan iki həftə sonra xəstəxanadan evə buraxılıb.

Aygün Musayeva