Nazirlər Kabineti yanında Operativ Qərargah növbəti brifinqini keçirir.
Medicina.az verdiyi xəbərə görə, Prezidentin köməkçisi Hikmət Hacıyev və Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov xarici ölkələrdə qalan Azərbaycan vətəndaşları ilə bağlı sualları cavablandırır.
Brifinqdə xüsusən Rusiyada yaşayan və qalan azərbaycanlıların ölkəyə qayıtması məsələsi müzakirə olunur. Rəsmi məlumata görə, Rusiyadakı azərbaycanlılar üçün geriqayıdış layihəsi "Evə gedirəm" adlı portal və lasyihə başlanılır.
Ölkəyə qayıdanlar mərhələli şəkildə çarter reyslərlə həyata keçiriləcək və gələnlər 14-21 gün təcrid olunub karantində saxlanılacaq.