“Öpüş xəstəliyi” nədir? – ƏLAMƏTLƏRİ, MÜALİCƏSİ, QORUNMA YOLLARI

  • 2019.05.18 13:14
  • 13620 Baxış
“Öpüş xəstəliyi” nədir? – ƏLAMƏTLƏRİ, MÜALİCƏSİ, QORUNMA YOLLARI

İnklyuzon sitomeqalovirus infeksiyası çox geniş yayılmış virus xəstəliyi olub, simptomsuz gedişdən ağır kliniki əlamətlərə qədər səbəb ola bilir. Virus transplasentar yolla da yoluxa bilir.

 

 

İnfeksiya mənbəyi yoluxdurucu insandır.  Medicina.az mövzu ilə bağlı vacib məlumatları təqdim edir.

 

  Bu xəstəliyə adətən gənclər yoluxur. Virus ağız suyunda, süddə, sidikdə, nəcisdə, uşaqlıq boynu sekretində olur. Virus insandan insana təmas, öpüş və cinsi yolla transplasentar yoluxa bildiyinə görə ona "öpüş xəstəliyi” də deyilir. Xəstəlik bəzən qan və böyrəkköçürmə zamanı da yoluxa bilir.
Virus orqanizmə tənəffüs, mədə-bağırsaq və cinsiyyət üzvlərinin selikli qişaları vasitsilə yoluxur. İlkin yoluxma immun dəyişiklikləri əmələ gətirir. Virusun həmişəlik orqanizmdə qalması prosesin əmələ gətirdiyi patologiyalara əlavə təsirlər qatır. Cinsiyyət yolunda olan infeksiya doğum vaxtı uşağın yoluxmasına səbəb ola bilir. Amma virusun miqdarı qanda çox olduqda, ana bətnində olan dölü də xəstələndirir.
Xəstəlik kliniki əlamətlərinə görə bir neçə formada inkişaf edir.

 

 
 İlkin əlamətləri: •    üşütmə •    zəiflik •    əzələ ağrıları •    qızdırma
•    ağız-boyun bölgəsində şişkinliklər

 

 

Xəstəlik inkişaf etdikcə hansı əlamətlər meydana çıxır?

 
•    dalaq böyüyür •    Pnevmoniya (ağciyər iltihabı) •    Plevrit (plevra vərəqinin iltihabı nəzərdə tutulur) •    ensefalit (baş beyinin iltihabı)
•    Miokardit (ürək əzələsinin infeksion-allergik və ya toksiki-allergik, iltihabi xəstəliyidir)

 

 
 Pasiyentlərdə bəzi hallarda vegetativ siniz pozulmaları olur. Sitomeqalianın yayılmış forması bədxassəli şişilər, leykopeniya founda inkişaf edir və ağır gedişə malik olur. Bu zaman xəstəlik qızdırma, ümumi intoksikasiya, qaraciyərin və limfa vəzilərinin böyüməsi ilə müşahisdə edilir. Ləng gedişli pnevmoniya və bəlğəmdən xarakterik hüceyrələrin tapılması xəstəliyin diaqnozunu təsdiqləyir.
“Öpüş xəstəliyi” nədir? – ƏLAMƏTLƏRİ, MÜALİCƏSİ, QORUNMA YOLLARI