Oqtay Şirəliyev ÜST-nin sessiyasında çıxış etdi

  • 2020.09.14 19:57
  • 4962 Baxış
Oqtay Şirəliyev ÜST-nin sessiyasında çıxış etdi
Bu gün Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa üzrə Regional Komitəsinin 70-ci sessiyası öz işinə başlayıb. Tədbirdə Azərbaycanı Səhiyyə naziri Oqtay Şirəliyev təmsil edir. O, ölkəmizin COVID-a qarşı mübarizə tədbirləri ilə bağlı çıxış edib.

Bu barədə Medicina.az-a Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Qeyd edək ki, ÜST-nin Avropa üzrə Regional Komitəsi bu il sentyabrın 14-15-də virtual olaraq keçirilir və Azərbaycan da daxil olmaqla, Avropadakı ölkələrə COVID-19 pandemiyası kimi qlobal səhiyyə məsələləri ilə bağlı müzakirələr aparmaq üçün imkan yaradır.

Komitədə qəbul olunan qərarlar ÜST Avropa regionunda yaşayan 900 milyon insanın sağlamlığına və rifahına təsir göstərə biləcək kollektiv öhdəlik yaradacaq.