Orqan və toxumalarının transplantasiyası üzrə 181 əməliyyat reallaşıb

  • 2019.07.13 10:45
  • 3753 Baxış
 Orqan və toxumalarının transplantasiyası üzrə 181 əməliyyat reallaşıb
2018-ci ildə Azərbaycanda insan orqan və toxumalarının transplantasiyası üzrə 181 əməliyyat həyata keçirilib. Medicina.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən APA-nın sorğusuna cavab olaraq bildirilib. Statistikaya əsasən, 12 əməliyyat gözün buynuz qişası, 30 əməliyyat sümük iliyi, 23 əməliyyat isə qaraciyər və onun seqmentlərinin transplantasiyası üzrə icra edilib. "Ötən il böyrək və onun seqmentlərinin transplantasiyası üzrə 116 əməliyyat həyata keçirilib”, - məlumatda qeyd olunub.