Orqanları əks yerləşən xəstəyə qaynı böyrəyini verdi

  • 2022.12.05 15:13
  • 1720 Baxış
Orqanları əks yerləşən xəstəyə qaynı böyrəyini verdi
Azərbaycanda böyrək köçürülən xəstəyə öz qaynı böyrək donoru olub.

"Medicina" xəbər verir ki, 39 yaşlı xəstə və donor əməliyyatdan sonra sağlam şəkildə yazılıb


Əməliyyatı Mərkəzi Klinikanın ümumi cərrahı, transplantoloq Tariyel Nadirov, donor əməliyyatını isə Zaur Xəlilov icra edib.


Həkim bildirib ki, keçən həftə həyata keçirdiyimiz böyrək nəqli özəlliyi ilə yadda qaldı. Belə ki, donorun bütün orqanları normal anatomik yerində deyil, əks tərəfdə yerləşirdi (situs inversus).

Aygün Musayeva