Orta yaş böhranı hansı yaşdan başlayır – Nə etməli?

  • 2023.08.10 18:45
  • 1747 Baxış
Orta yaş böhranı hansı yaşdan başlayır  – Nə etməli?


Araşdırmalara əsasən, xoşbəxtlik səviyyəsinin 40-60 yaş arası azaldığına dair bəzi dəlillər var. Xarici ölkələrdə olan bir çox tədqiqatlar, məhz bu yaş qrupunda ən yüksək depressiya nisbətlərinə rast gəlindiyini bildirir.


Depressiya səviyyəsi niyə bu qədər yüksəkdir? Və "orta yaş böhranı"fikri haradan gəldi?


Səbəblərdən birinin orta yaşlı bir çox insanın artıq özlərini "gənc" kimi düşünə bilmədiyi ilk dövr olduğuna inanılır. Düşüncə tərzindəki bu dəyişiklik insanları evlilikləri və karyeraları da daxil olmaqla həyatlarında hər şeyi yenidən düşünməyə vadar edə bilər.

Bundan əlavə, orta yaşlı insanlar karyera cəhətdən də artıq rahat olmağa meyllidirlər və qəflətən istədiklərinə nail olmadıqlarını başa düşə bilərlər. Nəticədə orta yaş böhranına girirlər.



“Medicina” xəbər verir ki, psixoloqlar bu böhrandan qurtulmaq üçün bir neçə məsləhət verib.


Enerjinizi özünüzə xərcləyin.

Orta yaşda olan insanların tükənmişlik barədə şikayətlənməsi adi haldır. Özünüzü həddən artıq işlənmiş hiss edə bilərsiniz. Övladlarınıza və ya qocalmış valideynə qayğı göstərməklə bağlı stress keçirə bilərsiniz. Özünüzdən nə istədiyinizi və nə hiss etdiyinizi soruşmağa vaxt ayırmaq, dəyişiklik etməyiniz lazım olub-olmadığını bilmək üçün ilk addım ola bilər.

Həyatınızdakı dəyişiklikləri qeyd edin

Orta yaş bir çox dəyişikliklər gətirə bilər. Əksər psixi sağlamlıq mütəxəssisi, edə biləcəyiniz ən yaxşı şeylərdən birinin bu dəyişiklikləri qəbul etmək üçün vaxt ayırmaq olduğu ilə razılaşır.

Yeni bir şeylər öyrənin

Yeni bir şey öyrənməyin bir çox faydası var. Bu, zehninizi Aktiv saxlaya bilər, həyəcanlanmaq üçün bir səbəb verə bilər və təəccüblü bir qürur və müvəffəqiyyət hissi yarada bilər. Buna görə psixi sağlamlıq mütəxəssisləri bunu orta yaşlı insanlara tövsiyə edirlər.

Xanım