Öskürək infarktdan xəbər verə bilər- Ürək həkimi

  • 2022.12.14 15:54
  • 1759 Baxış
Öskürək infarktdan xəbər verə bilər - Ürək həkimi

Öskürək ürək problemləri, ürək tutması və hətta infarkt öncəsi vəziyyətin əlaməti də ola bilər.


"Medicina" xəbər verir ki, ürək-damar cərrahiyyə uzmanı Cabir Gülmalıyev məlumat verib.

Ürək ağciyəri qan və oksigenlə düzgün təmin edə bilmədiyi hallarda ağciyərlərdə qaz mübadiləsi prosesi pozulur, tənəffüs səthiləşir, təngnəfəslik və quru öskürək baş verir.


Həkim öskürəyin ürəklə əlaqəli olduğunu ayırd etməyin yollarını da açıqlayıb.

Bildirib ki, əvvəlcə öskürək tutmaları müəyyən hərəkət və vaxtlarda baş verir: məsələn, uzanıqlı vəziyyətdə. Daha sonra öskürək intensivləşərək və quru olur.


"Ağır ürək çatışmazlığında isə öskürək zamanı qan gələ bilər. Öskürək təkcə bəlli yaşlarda deyil, uşaqlarda da ola bilər. Daha çox anadangəlmə ürək qüsurlu uşaqlarda rast gəlinir.

Ürək öskürəyi quru olur, ağciyərlərdən bəlğəm gəlmir. Xəstə dərindan nəfəs ala bilmir. Tez-tez səthi nəfəs alıb verir. Bundan başqa, horizontal vəziyyətdə uzanmaq ona çətin olur, yarımoturaq vəziyyətdə özünü normal hiss edir.


İnfarktdan bir həftə və ya bir neçə gün əvvəl daxildə bir soyuqluq, titrəmə hiss olunur",

Aygün M